Xəbər lenti

Süni intellekt cəmiyyəti dəyişdirmək gücünə sahibdir. Bu alqoritm onlayn terrorist təbliğatının 94 faizini müəyyən edə bildiyi üçün radikalizmə qarşı mübarizədə əhəmiyyətli vasitəyə çevrilib.

Yeni hesabata görə, süni intellektin bu cür müsbət nəticələrinə baxmayaraq potensial təhlükələri də var. “Pishing” adlanan applikasiya süni intellektin ən təhlükəli tətbiqetmələrindən biridir. Vaşinqton Universitetindən olan proqramçılar keçən il saxta videoda istənilən sözü Barak Obamanın dilindən deyə biləcək suni alqoritm yaratmışdılar.

“Siz ən kiçik pikselinə qədər həqiqi video və ya audioya bənzəyən saxta videolar yarada bilərisiniz.” – deyə, Kembric Universitetinin nümayəndəsi Şahar Avin bildirib.

Nəhəng avtomobil şirkətlərinin yaratmağa çalışdığı özü idarə olunan suni intellekt avtomobilləri üçün böyük həyəcan var. Ancaq bunun da mənfi tərəfləri var.

“Qatil robotlar” kimi qərar vermək imkanın insanın əlində olmadığı süni intelleklərin müharibədə geniş istifadə edilməsi də ən çox qorxu yaradan məsələlərdəndir.

Müharibə ərazisində çoxlu sensor və sistemləri olan robotların fəaliyyət göstərməsi sizə rəqib qarşısında üstünlük yaradır. Həmin robotlar döyüş meydanında baş verən hadisələrlə bağlı sizə terabaytlarla informasiya göndərir. Beləcə siz sistemin göndərdiyi məlumatlara uyğun qərarlar verirsiniz. Belə olan halda siz hələ də məna kəsb edən insani nəzarətə sahib olduğunuzu düşünürsüz?” – deyə, Sahar Avin əlavə edib.

Süni intellektin ən böyük təhlükələrindən biri də xüsusilə də zülmkar rejimlər tərəfindən kütləvi nəzarət üçün istifadə edilə bilməsidir.

Hesabat müəllifləri sünu intellektin bir çox müsbət tərəflərini də vurğulayıblar. Ancaq onlar ümid edirlər ki, potensial təhlükələrin bir çoxunun qarşısının əvvəlcədən alına bilər. Hətta bu təhlükələrin bir çoxunun həll variantlarını süni intellektin özünün təmin edə biləcəklərini bildiriblər. (Amerikanın Səsi)

 




Ana səhifəyə qayıt        Baxış: 1 221          Tarix: 2-03-2018, 13:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma