Xəbər lenti

İordaniyada yanacağın bahalaşmasına etiraz olaraq 3 gündür başlayan etiraz aksiyaları artıq qarşıdurma və iğtişaşlara  çevrilməkdədir.

Strateq.az xarici mətbuata istinadla xəbəbr verir ki, İordaniya kralı II Abdullanın yanacaq və neft məhsullarının qiymətinin qaldırılmasının dayandırılması haqda göstərişlərinə baxmayaraq, aksiyalar səngiməyib və hətta bəzi əyalətlərdə kütləvi iğtişaş və qarşıdurmalara keçib.

Bildirilir ki, paytaxt Omanda və digər əyalətlərdə polis xeyli aksiyaçını saxlayıb, meydanları dağıtmaq üçünsə gözyaşardıcı qazdan istifadə edib.

Bəzi ekspertlər İordaniyada baş verən hadisələrin arxasında “xarici iz” axtarmağa başlayıblar. Onlar hesab edirlər ki, bütün bu etirazlar əslində İordaniya kralı İkinci Abdullanı Qüds məsələsində tutduğu mövqeyindən çəkindirmək məqsədiylə edilən təzyiqlərdir.

 




Ana səhifəyə qayıt        Baxış: 581          Tarix: 4-06-2018, 11:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma