Xəbər lenti

 

İordaniya Kralı 2-ci Abdullah qardaşları vəliəhd Faysal bin Hüseyn ilə vəliəhd Əli ibn Hüseyni və əmioğlusu Talal bin Məhəmmədi ordudakı vəzifələrindən kənarlaşdıraraq, ev həbsinə atıb.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, cəzlandırılan şəxslər saray çevrilişinə hazırlaşırmışlar.

“Əl-Sura” qəzetinin bildirdiyinə görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Məhəmməd bin Zahidlə anlaşan 2 qardaş, 1 əmioğlu Kral Abdullanı devirməyi planlaşdırırmışlar. Lakin son anda İordaniya təhlükəsizlik orqanları bu işdən xəbər tutub və xainlər zərərsizəşdirilib.

Qeyd edək ki, bu hadisə Səudiyyə Ərəbistanının ilk belə təşəbbüsü deyil. Krallıq ötən il Qətərdə də saray çevrilişi hazırlasa da, istədiyinə nail olmamışdı. Eynilə Livanın Baş naziri Həririni ölkəsinə dəvət edən Səudiyyə krallığı onu girov götürərək, istefaya getməyə məcbur etmişdi. Amma bunu da axıra qədər bacarmamış, Fransanın işə qarışmasından sonra Həririni azadlığa buraxmışdı.

İordaniyadakı uğursuz çevriliş cəhdindən sonra Səudiyyə Ərəbistanının regionda tamamilə yalnızlaşacağı və İsrailin qoltuğuna daha çox sığınacağı güman olunur. Odur ki, bu qaçınılmaz nəticənin qəsdən yaradıldığı, çevriliş cəhdinin İsrail tərəfindən İordaniyya sızdırıldığı da istisna deyil.




Ana səhifəyə qayıt        Baxış: 3 482          Tarix: 30-12-2017, 03:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma