Xəbər lenti

ABŞ prezidentinin vəkili Rudi Culiani deyib ki, Trampın Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda seçkilərə müdaxilə ilə bağlı təhqiqat çərçivəsində müstəntiqlərin suallarına cavab verib-verməyəcəyi məsələsi açıq qalır, lakin vəkillərdən ibarət komanda prezidentin sorğu-sual edilməsinə icazə verməməyə meyllidir. Strateq.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Tramp uzun zamandır xüsusi prokuror Müllerin suallarına cavab vermək istədiyini bildirib. Lakin Culiani bazar günü ABC tele-kanalına müsahibədə deyib ki, ABŞ liderinin sorğu-sual edilməsinə icazə verməməklə bağlı qərar formalaşır. Culiani Trampın tələyə salınıb, and içdiyi halda yalan söyləməkdə günahlandırıla biləcəyini ehtimal edib, bu isə artıq cinayət hesab edilir.

Nyu York şəhərinin keçmiş meri olan Culiani deyib ki, Trampın vəkillərdən ibarət komandası onun qısa müsahibəsinə icaz verə bilər, amma bunu etməməyə meyllidir.

Trampın vəkilləri Culianinin hüquqşünaslardan ibarət komandaya qoşulmasından öncə yanvar ayında Müllerə ünvanladıqları 20 səhifədən ibarət məktubda prezident çağırış alıb ifadə verməyə məcbur edilə bilməz. Vəkillər prezidentin Federal Təhqiqat Bürosunun keçmiş direktoru Ceyms Komini Rusiya təhqiqatına rəhbərlik edərkən vəzifəsindən azad etməklə ədalətin qarşısını almadığını bildirərək, prezidentin təhqiqatı dayandırmaq kimi geniş səlahiyyətlərə malik olduğunda təkid ediblər.

Məktub haqda ilk dəfə olaraq şənbə günü The New York Times qəzeti xəbər verib. Culiani məktubu “çox inandırıcı” adlandırıb, lakin deyib ki, Trampın vəkilləri onun suallara cavab verməsi üçün məcbur edilməsi ilə bağlı hər hansı cəhdə məhkəmədə etiraz edəcək.

Culianinin sözlərinə görə, Tramp “həqiqəti söylədiyinə inanır”.“O, həqiqəti söyləyir, bu da ondan ibarətdir ki, Rusiya ilə onun qələbəsinə kömək üçün heç bir əlaqə olmayıb və o, ədalətin qarşısını almayıb”, Culiani bildirib.

ABŞ kəşfiyyatı Putinin 2016-cı ildə Trampın demokrat rəqibi Klinton üzərində qələbə çalmasına kömək məqsədilə ABŞ prezident seçkilərinə müdaxilə edilməsinə göstəriş verdiyi haqda nəticə çıxarıb.

Kominin vəzifədən çıxarılmasından bir neçə gündən sonra Tramp NBC tele kanalına bildirmişdi ki, o hər bir halda onu vəzifəsindən kənarlaşdırmaq istəyirdi və “Rusiya məsələsi haqda” düşünürdü, belə ki, bunun Klintonun məğlubiyyətini izah etmək üçün demokratlar tərəfindən istifadə edilən saxta təhqiqat hesab edirdi. Tramp keçən bunun əsas səbəb olmadığını deyib, lakin başqa izahat verməyib.

 




Ana səhifəyə qayıt        Baxış: 450          Tarix: 4-06-2018, 15:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma