Xəbər lenti

Azadlıq Radiosunun müxbiri Alan Srosbi yazır ki, Zaza Saralidze iyunun 4-də baş nazir Georgi Kvirikşvili ilə görüşəndə əsl siyasətçi kimi danışırdı.

Amma bunu onun özünə demək məsləhət deyil. Çünki elitaların elitalar üçün ədliyyə sistemini əyməsindən cana yığılmış sadə gürcülərin etirazlarına başçılıq edən bu şəxs özünü sadə insan adlandırır.

Onu etiraz hərəkatının başçılığına gətirən oğlunun ölümü və bunun ardınca bu hadisənin ört-basdır edilməsinə cəhd göstərilməsi gətirib. Saralidze deyib: “Siyasət mənim üçün heç nədir. Mən sizin kimi adi bir adamam. Mən heç bir siyasi partiya uğrunda mübarizə aparmıram. Mənim tələb etdiyim həqiqət və ədalətdir”.

Faciəli hadisə isə belə olub: Tbilsiinin mərkəzində məktəblərdən birində 11-ci sinif şagirdləri 9-cu sinif şagirdlərini sistematik qısnamağa başlayıblar. Bundan sonra 9-cu sinif şagirdləri köməyə yaşlı dostlarını və qohumlarını çağırıblar. Qarşı-qarşı olan iki tərəfi ayırmaq mümkün olanda, bəlli olub ki, Davit Saralidze və daha bir 16 yaşlı yeniyetmə həlak olub. Bu qətllər hadisənin baş verdiyi Vere rayonunda geniş hiddətə səbəb olub.

Adamlar narahatdırlar ki, siyasətçilərin yalnız özlərinə və yaxınlarına xidmət etdiyi bir vaxtda ölkəni 1990-cı illərdə olduğu kimi qanunsuzluq bürüyə bilər. İxtisaslı fəhlə olan Saralidze Tbilisi Şəhər Məhkəməsi onun oğlunun qətlinə görə 9 illik həbsxana cəzası hökmü verəndə narazılıq üsyanı qaldırıb.

O bildirir ki, bu qətlə görə məhkum edilmiş iki nəfərdən başqa daha iki şəxs məsuliyyətə cəlb olunmalıydı, lakin onların qohumları prokurorluq sistemində işlədiyinə görə mühakimədən kənarda qalıblar.

Saralidze həm də hökmün qətlə görə yox, qətlə qəsdə görə çıxarılmsasından narazıdır: “Mən elitanın üzvü yox, sadə bir adam olduğuma görə onlar mənə qarşı ədalətsizlik edirlər. Ona görə də mən sizdən, mənim kimi sadə adamlardan mənim tərəfimi saxlamağınızı xahiş edirəm. Ədalət bərpa olunmalıdır”.

Saralidze özünün Facebook səhifəsində gürcüləri onunla birlikdə mitinq etməyə, hökumətin istefasını tələb etməyə çağırır. Baş prokuror Irakli Şotadze artıq mayın 31-də istefa verib.

Saralidzenin başlatdığı etirazlar Gürcüstanfa hakimiyytələ əhali arasında etimadsızlığın getdikcə artdığı bir dövrə təsadüf edir. Adamlar ölkələrinin Avropa ilə daha sıx əlaqələrinin olmasını istəyirlər.

Saralidzenin şəxsi qiyamı ən müxtəlif etirazlara yol açıb. İyunun 4-də Tbilisi metrosunun işçiləri tətilə başlayıblar. Kömür mədənçiləri də iş şəraitlərinin yaxşılaşmasını, təhlükəsizlik tədbirlərinin görülməsini tələb edirlər. Çünki bundan əvvəl kömür mədənlərində bir neçə ölüm hadisələri olub.

Saralidzeyə rəğbət bəsləyən gürcülər ölkənin başqa yerlərində də etirazlara qoşulublar. Qoridə bəzi evlərin divarlarında yazılar görünməyə başlayıb: “Qatil küçədədir” və “Hanı ədalət?”

 




Ana səhifəyə qayıt        Baxış: 863          Tarix: 5-06-2018, 15:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma