Xəbər lenti

Gürcüstan Milli Birlik Hərəkatı Partiyasının deputatı Azər Süleymanov cinayət məsuliyyətinə cəlb edilib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Gürcüstan Baş Prokurorluğu müxalifət partiyasının təmsilçisinə qarşı ittiham irəli sürüb.

Deputat Marneuli şəhər sakini Elçin Allahverdiyə qarşı güc tətbiq etməkdə ittiham olunur.

Bildirilib ki, sosial şəbəkədə Azər Süleymanovun Elçin Allahverdiyevdən video-müraciət üçün birbaşa efirə qoşulmağa izahat istəməsi canlı yayılıb. Deputat, hakim partiyanın Marneuli Şəhər Şurasındakı üzvü Ramin Allahverdiyev və daha bir nəfər Elçin Allahverdiyevi fiziki təhqirə məruz qoyublar.

Prokurorluqdan vurğulanıb ki, hadisə Gürcüstan Milli Birlik Hərəkatı Partiyasının ofisində baş verib. Bundan sonra onlar Elçin Allahverdiyevi ərazidəki restoranlardan birinə aparıblar. Orada onları Marneuli şəhərinin meri Temur Abazov gözləyirmiş. Məlumata görə, Abazov restoranda üzünə tüpürdükdən sonra onu vurub. Bundan sonra ondan merin həyat yoldaşını təhqir etdiyi üçün canlı yayımda üzr istəməsini tələb ediblər.

Meri 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə, Azər Süleymanov, Ramin Allahverdiyev və vətəndaş E.Q.-nı isə 180 saatdan 240 saatadək ictimai əhəmiyyətli əməyə cəlb edilmə, yaxud 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

 




Ana səhifəyə qayıt        Baxış: 469          Tarix: 13-06-2018, 17:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma