Xəbər lenti

Avropa Şurası Parlament Assambeleyasının yay sessiyasında isveçrəli Liliane Maury Pasquier qurumun yeni prezidenti seçilib.

O, bundan əvvəl prezident Mikele Nikolettiyə öz təşəkkürünü bildirib. M. Pasquier bir qadın kimi bu vəzifəyə seçilməkdən qurur duyduğunu deyib. O qeyd edib ki, bu günə qədər qurumun sadəcə üç qadın prezidenti olub. Qadınların yüksək vəzifələrdə çalışmasının önəmindən danışan yeni prezident, gender bərabərliyinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, AŞPA-nın hazırki prezidenti Mikele Nikoletti bu ilin yanvarında bu vəzifəyə seçilmişdi.

AŞPA-nın yay sessiyası iyunun 29-da başa çatacaq. (APA)

 




Ana səhifəyə qayıt        Baxış: 593          Tarix: 25-06-2018, 17:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma