Xəbər lenti

Birləşmiş Ştatlar noyabrın əvvəllərindən İran neftinin idxalının dayandırılması üçün bütün ölkələr üzərinə təzyiq göstərməyə başlayıb. İyunun 26-da ABŞ Dövlət Departamenti bildirib ki, İran neftinin idxalı üçün heç bir istisnaya yol verilməyəcək.

Prezident Donald Tramp mayın 8-də ABŞ-ın İranla imzalanmış 2015-ci il nüvə sazişindən çıxdığını elan edib. 2015-ci ilin sazişi İranı özünün nüvə proqramını məhdudlaşdırması hesabına sanksiyalardan azad edirdi.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, Tramp İrana qarşı sanksiyaların qaldırılması müddətinin 180 gündən artıq uzadılmayacağı barədə fikrində qətidir. Bu müddət noyabrın 4-də bitir.

Tramp administrasiyası bu müddətdən o yana hətta öz müttəfiqləri üçün də güzəşt edilməyəcəyini bildirib. Rəsmi deyib ki, administrasiya İranın bütün valyuta gəlirləri kanallarını bağlamaq niyyətindədir.

Rəsmi bunu da əlavə edib ki, ABŞ özünün Yaxın Şərq müttəfiqləri ilə neft hasilatının artırılması barədə razılaşma əldə etməyi planlaşdırır. Vaşinqtonun fikrincə, bu yolla İran neftinin idxalının qadağanı neft qiymətlərini təsirləndirməməlidir. (Azadlıq.org)

 




Ana səhifəyə qayıt        Baxış: 701          Tarix: 27-06-2018, 13:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma