Xəbər lenti

 Braziliyada keçirilən nümayişdə ölkə prezidenti Mişel Temerin istefası tələb edilib.

 Ovqat.com TASS agentliyinə istinadən xəbər verir ki, etirazçılar dövlət başçısının iqamətgahı qarşına toplaşıblar. Bundan əvvəl polis parlamentin binasına daxil olmağa cəhd edən etirazçılara qarşı bibər qazından istifadə edib.

 Braziliyanın ictimai təşkilatları və həmkarlar ittifaqları növbədənkənar prezident seçkisi tələbi ilə etiraz aksiyalarına start verildiyini bəyan ediblər.

 Etirazlara səbəb Braziliyanın Ali məhkəməsinə göndərilən səs yazısı olub. Məlumata görə, səs yazısında prezident Temer parlamentin aşağı palatasının sabiq spikeri Eduardo Kunyaya rüşvət verməyi təklif edib. Eduardo Kunya vaxtilə sabiq prezident Dilma Russeffin impiçmentinin təşəbbüskarı olub.  Ötən gün müxalif “Redi”  partiyasının üzvü, deputat Alessandru Molon prezident Temerə qarşı impiçment prosesinin başlanmasını tələb ilə parlamentin spikerinə sorğu ünvanlayıb




Ana səhifəyə qayıt        Baxış: 915          Tarix: 18-05-2017, 08:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma