İstanbul məhkəməsinin qərarına əsasən, Adnan Oktarla bağlı başlayan cinayət işi ilə bağlı Türkiyə üzrə 116 nəfər həbs edilib.
“Report” xəbər verir ki, bu məlumatı “Haber7” yayıb.
Bildirilib ki, Türkiyə təhlükəsizlik qüvvələri Oktar qruplaşması ilə bağlı ümumilikdə 235 nəfərin saxlanılması istiqamətində əməliyyat keçirir.
Onlar cinayətkar təşkilat yaratmaqda, cinsi zorakılıq, uşaq oğurluğu, cinsi istismar, hərbi və siyasi casusluq, insanların dini inancından sui-istifadə etmək, çirkli pulların yuyulması, saxta sənədlərin hazırlanması, yalançı şahidlik və təhiq etmək, terrora qarşı mübarizə haqqında qanunu pozmaqda, rüşvətxorluqda, insanların fərid məlumatlarını qanunsuz olaraqda saxlamaqda və s. maddələrlə ittiham olunurlar.
Bu cinayətkar dəstənin başçısı Adana Oktar həbs edilib.
Paylaş: