Xəbər lenti

Kanadanın xarici işlər naziri Kristya Friland bildirib ki, Ottava Vaşinqtonun Myanmaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə nazirin Kanada hökumətinin rəsmi saytında dərc olunan bəyanatında deyilir.

ABŞ-ın Maliyyə Nazirliyi Myanmanın 4 fiziki şəxsi və 2 hərbçisinə qarşı sanksiya tətbiq edib. Qadağalar insan haqlarının pozulması ilə bağlıdır.

“Kanada bu gün (Cümə günü – red.) Myanmada rohincalılar və digər etnik qrupların hüquqların kobud şəkildə pozulması və onlara qarşı amansız cinayətlərin törədilməsində müqəssir olanlara qarşı tətbiq edilən sanksiyaları qətiyyətlə dəstəkləyir”, — deyə Friland bildirib.

Onun sözlərinə görə, Kanada Myanmada davam edən böhranla əlaqəli şəkildə məşğul olmaq və məqsədli sanksiyaların səmərəliliyini gücləndirmək üçün ABŞ və digər həmfikir tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirmək niyyətindədir.

 




Ana səhifəyə qayıt        Baxış: 360          Tarix: 18-08-2018, 14:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma