Xəbər lenti
Dünən, 19:25

KXDR və Cənubi Koreyanı ayıran demilitarizasiya zonasının minalardan tam təmizlənməsi üçün 200 il vaxt lazımdır.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Cənubi Koreyanın quru qoşunlarının nümayəndəsi bildirib. Hərbçinin sözlərinə görə, əgər ölkədə olan bütün istehkamçı bölmələr minaların təmizlənməsinə cəlb olunsa, hazırkı texnologiya səviyyəsində proses 200 ildən çox vaxt aparacaq.

Silahlı qüvvələrin nümayəndəsi bu məqsədlə 241 kilometr uzunluğunda və 4 kilometr enində neytral zolaqdan ibarət demilitarizasiya zonasında Cənub və Şimalın müştərək sülh layihələrinə hazırlıq çərçivəsində minaların təmizlənməsi üzrə xüsusi mərkəzin yaradılmasını vacib sayır.

Müxtəlif hesablamalara görə, 1953-cü ildən bəri iki ölkəni ayıran demilitarizasiya zonasında 2 milyondan çox mina basdırılıb. Minalanmış sahələrin əksəriyyətinin xəritəsinin itməsi problemi bir qədər də çətinləşdirir. Bundan başqa, daşqınlar və güclü leysan yağışları hər il minaların yerdəyişməsinə səbəb olur və bu səbəbdən onların çoxunun dəqiq yeri məlum deyil. Odur ki, istehkamçılar sözün əsl mənasında bu ərazinin hər santimetrini axtarmalıdır.

 




Ana səhifəyə qayıt        Baxış: 446          Tarix: 5-09-2018, 17:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma