Xəbər lenti

Çinin və dünyanın ən böyük şirkətlərindən olan “Alibaba Group”un yaradıcısı və icraçı sədri Cek Ma sentyabrın 10-da şirkətdəki rəhbər vəzifəsini tərk edəcək.

Azərtac xəbər verir ki, internet ticarəti nəhənginin rəhbəri Cek Ma bunu “New York Times” qəzetinə müsahibəsində deyib. O, istefasının şirkətin işlərinə mənfi təsir etməyəcəyini, əksinə “Alibaba” üçün yeni dövrün başlanğıcı olacağını bildirib.

İstefa tarixinin doğum gününə təsadüf etdiyini bildirən Cek Ma təhsilə daha çox vaxt ayıracağını, bundan başqa “Alibaba”da direktorlar şurasının üzvü kimi fəaliyyətini davam etdirəcəyini söyləyib.

Qeyd edək ki, dünyanın ən bahalı markaları siyahısının ilk onluğuna daxil olan ikinci Çin brendidir. Bazar dəyəri 540 milyard ABŞ dollarından yuxarı olan “Alibaba”nın yaradıcısı Cek Ma 40 milyard dollara yaxın varidatla Çinin ən zəngin insanlarından biridir.

 




Ana səhifəyə qayıt        Baxış: 335          Tarix: 8-09-2018, 17:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma