"ABŞ Beynəlxalq Cinayət Məhkəməsi ilə heç bir əməkdaşlıq etməyəcək. Həmin məhkəməyə dəstək olmayacağıq və proseslərə qatılmayacağıq. Qəbul etdiyi qərarları ilə Beynəlxalq Cinayət Məhkəməsi bizim üçün ölüdür".
Ovqat.com xəbər verir ki, bu açıqlama ilə Ağ evin təhlükəsizlik məsələlər üzrə nümayəndəsi Con Bolton qeyd edib.
Mərkəzi qərargahı Hollandiyanın Lahey şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin müstəntiqi Fatou Bensuda Fələstin nümayəndələrinin İsrailin qətliamları ilə bağlı quruma təqdim etdiyi sənədlər vasitəsilə məhkəmə sədrini bilgiləndiyini açıqlayıb.
Fələstin tərəfi 2016-cı ildə Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edərək İsrailin işğal etdiyi Fələstin torpaqlarındakı məskunlaşma fəaliyyətləri ilə bağlı istintaq aparılmasını tələb edib. \\Teleqraf.com
Paylaş: