Xəbər lenti

ABŞ prezidenti Donald Trampın İrlandiyaya səfər edib-etməyəcəyi məsələsi hələlik həll olunmayıb və müzakirə altındadır.

Bunu jurnalislərə Ağ Evin mətbuat katibi Sara sanders deyib. S.Sanders bildirib:

“Prezident əvvəl elan olunduğu kimi, noyabrda Parisə gedəcək. Biz, hələ ki İrlandiyaya səfər olub-olmayacağını müzakirə edirik. Detallar dəqiqləşən kimi, sizə məlumat verəcəyik”.

Öz növbəsində İrlandiya hökumətinin nümayəndəsi “Reuters” agentliyinə bildirib ki, “ABŞ prezidentinin nəzərdə tutulan səfəri təxirə salınıb”.

Onun sözlərinə görə, “ABŞ tərəfi səbəb olaraq sıx iş qrafikini göstərib”.

Report.az

 




Ana səhifəyə qayıt        Baxış: 501          Tarix: 12-09-2018, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma