Xəbər lenti

Qlenn Kesler, Salvador Rizzo, Meq Kelli

“The Washington Post

 

Sentyabrın 7-də prezident Tramp Billinqsdəki (Montana ştatı) mitinqdə “yuxudan oyanıb”. Sonra Farqoya (Şimali Karolina) uçub, Siu Folsa baş çəkib və sonda Vaşinqtona dönüb. O, “Air Force One”-da (prezident təyyarəsi – tərc.) jurnalistlərə müsahibə verib.

Həmin gün o, 120 dəqiqədə açıq şəkildə 125 səhv və ya yanlış ifadə işlədib. Bu, yeni rekorddur.

Bir gün əvvəl prezident Montanadakı aksiyada 74 saxta və ya yanlış iddia irəli sürüb.

Trampın yalan sunamisi prezidentliyinin 601-ci günündə güclənib, yalan-palanın sayı-hesabı itib. Bir gündə orta hesabla 8.3 saxta Tramp iddiası son yenilənmədən sonra gündəlik 32 saxta iddiaya çatıb.

Prezidentin ilk 100 günündə bu layihəyə başlayarkən, gündə 4.9 dəfə günaha batırdı. Səkkiz ay əvvəl, yanvarın 10-da onun yalanların sayı 2 mini keçib.

5 mininci yalan xüsusi məsləhətçi Robert Möllerin rəhbərliyi ilə aparılan istintaqa dair bir “tweet” idi: “Rusiyanın qəsdi seçkiləri uduzan demokratlar üçün bir bəhanədir!”

Təxminən 140 dəfə prezident Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı istintaqın qurama və ya mənasız olduğunu iddia edib. Lakin 2016-cı il seçkilərinə müdaxilə üçün Rusiyanın səyləri barədə məlumatlar kəşfiyyat orqanlarının sızdırmaları ilə “yüksək əminlilik dərəcəsi” alıb.

Trampın seçki kampaniyası üzrə köməkçilərindən biri FTB-yə xarici əlaqələri, o cümlədən ruslarda Demokrat Partiyasının e-poçtları olması barədə yalan söyləməklə, təqsirini boynuna alıb. Prezidentin oğlu, kürəkəni və kampaniya sədri 2016-cı ilin iyun ayında “Trump Tower”-də kiminləsə görüşüblər, onlar həmin şəxsin Rusiya hökumətinin nümayəndəsi olduğunu düşünüb və bu adam Hillari Klintonu “ləkələmək” vədi verib. Sonralar sözügedən çevrə bu həqiqəti ört-basdır etməyə çalışıb.

Əlavə cinayət məsuliyyəti iddialarının qaldırılıb-qaldırılmayacağı aydın deyil, lakin istintaq davam edir.

Prezidentin 5001-ci saxta iddiası başqa bir “tweet” idi: o, 2017-ci ildə Puerto-Riko “Mariya” qasırğasının ağuşuna düşərkən, “administrasiyanın misilsiz iş gördüyü”nü iddia edib.

Bu, sadəcə rəsmi hesabatlara məhəl qoymamaqdır.

Corc Vaşinqton Universitetinin bir araşdırması ölü sayının 2.658 ilə 3.290 nəfər arasında olduğunu bildirir. Rəsmi ölü sayı isə 2.975 nəfərdir.

Universitetin araşdırmasına görə, Puerto-Rikoda əhalinin sayı 8 faiz azalıb, qasırğadan sonra ağır itkilər miqrasiyaya səbəb olub. Hökumətin Statistika İdarəsi ayrı bir hesabatında Federal Təcili Yardım Agentliyinin tez və səmərəli şəkildə Puerto-Riko fəlakətinə maneə törədə bilməməsinin bir çox səbəbləri açıqlanıb.

Faciədən 11 ay sonra belə Puerto-Riko tam bərpa olunmayıb.

Nyu-Yorkda 1500 nəfər puerto-rikolu arasında keçirilmiş sorğuya əsasən, “Mariya” qasırğası ilə bağlı Trampın açıqlamasına respondentlərin 80 faizi mənfi yanaşır.

Bəzi hallar onların əsas ehtiyaclar hələ də təmin edilməyib. Evlərin 83 faizinə böyük ziyan dəyib, çoxları əmək qabiliyyətini itirib və ya sağlamlıq problemləri pisləşib və s.

Trampın saxta iddialarının demək olar ki, üçdə biri (1,573) iqtisadi məsələlər, ticarət əməliyyatları və ya iş yerlərinin yaradılması ilə əlaqəlidir.

Təxminən 50 dəfə Tramp bu gün iqtisadiyyatın ABŞ tarixində “ən böyük” irəliləyişdə olduğunu iddia edib və bu, rəsmi məlumatlarla dəstəklənməyən hədyan ifadədir.

Vergi qanunundan başqa, Tramp Franklin D. Ruzvelt, Lindon B. Conson və ya Obama administrasiyalarının ilk iki ildə qəbul etdiyi əsas qanun layihələrinin əksinə olaraq, bir sıra diqqətəlayiq qanunvericilik aktları imzalayıb.

İqtidarının 600 günündə Tramp, Obama və Corc Buş kimi, eyni sayda qanun layihələrinin altına imza atıb, lakin bu göstəricidə Eyzenhauerdən geri qalır. Dövlət xərclərinin artması ilə bağlı sənədlərin sayına görə isə Obamadan sonra gəlir.

 

Tərcümə: Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 201          Tarix: 14-09-2018, 16:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma