Xəbər lenti

BMT Təhlükəsizlik Şurası (TŞ) təşkilatın sülhməramlı missiyalarının işinə nəzarəti yaxşılaşdıran qətnamə qəbul edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qətnamə hərbi və polis kontingenti təqdim edən bütün ölkələri heyətin, hazırlığın və təchizatın BMT-nın səmərəlilik standartlarına uyğun gəlməsini təmin etməyə, ən yüksək davranış keyfiyyətlərinə riayət olunmaqla qarşıya qoyulan vəzifələrin icrasına kömək etməyə çağırıb.

TŞ ölkələri sülhməramlı əməliyyatlarda seksual təqib hallarının qəbuledilməzliyinə diqqət yetiriblər. Bununla bağlı olaraq sənəddə sülhməramlı heyətə münaqişə şəraitində seksual zorakılığa və insan alverinə aid məsələlərlə bağlı təlim keçmək, bu məsələlər üzrə ayrıca hərbi qulluqçu və polis əlaqələndiricilər təyin etmək tövsiyələri yer alıb.

 




Ana səhifəyə qayıt        Baxış: 316          Tarix: 22-09-2018, 16:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma