Xəbər lenti

 

İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb. Məlumatı “PressTV” yayıb.

***

İranın cənubunda yerləşən Xuzistan əyalətinin Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində ölən hərbçilərin sayı 10-a çatıb, 21 nəfər yaralanıb, 2 terrorçu zərərsizləşdirilib .

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu Xuzistan əyaləti valisinin siyasi məsələlər üzrə müavini bildirib.

***
255112_res_01

İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən atışmada SEPAH-ın 8 əsgərinin öldüyü bildirilir.
Yerli mətbuat yazır ki, biri uşaq, biri qadın olmaqla 7 nəfərin isə yaralandığı qeyd edilir.

İran rəsmi KİV-ləri hadisəni terror aktı kimi təqdim edib.Yaralıların isə ən azı 7 nəfəri SEPAH-çıdır.

***

b6b4e532-96c6-44ed-9b91-5cfe150846fa

İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində 7 hərbçi ölüb, 2 terrorçu zərərsizləşdirilib . “Report” xəbər verir ki, bu məlumatı “Tasnim” agentliyi yayıb.

Bildirilib ki, terrorçulardan ikisi hadisə yerindən qaçıb. Terror törədənlər barədə hələ ki, rəsmi məlumat verilməyib.

***

İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. “Report” xəbər verir ki, bu məlumatı Türkiyə KİV-ləri yayıb.

Qeyd edək ki, sentyabrın 22-də “Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb. Bu münasibətlə İran İnqilab Keşikçiləri Qvardiyası və Ordu Tehran da daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad keçirir. Ölkə paytaxtında keçirilən bu tədbirdə İslam Respublikasının prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib.

Bu tədbirə körfəzdə və Bəndərabbas limanından 600 döyüş gəmisi də qatılıb.

1234




Ana səhifəyə qayıt        Baxış: 564          Tarix: 22-09-2018, 22:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma