Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Rusiya Federasiyası Ali Məhkəməsinin mayın 15-də Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvinə dair qərarını ciddi narazılıqla qarşılayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İSTAD) bəyanat yayaraq Ali Məhkəmənin müvafiq qərarını qınayıblar.
Bölgədə Rusiya, Azərbaycan və Türkiyə arasında hər zaman həmrəyliyin olduğunu və hazırda da bu münasibətlərin davam etdiyini diqqətə çatdıran diaspor nümayəndələri vurğulayır ki, Azərbaycan dövləti regionda Rusiyanın strateji maraqlarını daim nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq münasibətlərinin inkişafına dəstək göstərib.
Bəyanatında daha sonra deyilir ki, iki dövlət arasında tarixə söykənən dostluq münasibətlərini daha da inkişaf etdirmək yerinə azərbaycanlıların birlik və həmrəylik təşkilatı olan Ümumrusiya Azərbaycan Konqtesinin qeydiyyatının ləğvi qəbulolunmazdır.
“Verilmiş qərarın yanlış olduğuna inanır və Rusiya tərəfinin tezliklə ÜAK-ın qeydiyyat məsələsi ilə bağlı ədalətli addım atımasını tələb edirik” – bəyanatda belə deyilir.

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar