Xəbər lenti

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hollandiyanın Rusiya casusu olmaqda şübhəli bildiyi şəxslərə qarşı ittihamlarını rədd edib.

Ötən həftə Hollandiyanın hakimiyyət orqanları bildirmişdi ki, Rusiya Baş Kəşfiyyat İdarəsi – QRU-nun dörd casusu qərargahı Haaqada olan kimyəvi silahlara qarşı mübarizə təşkilatına uğursuz haker müdaxiləsi cəhdi edib.

Hollandiya tərəfinin iddialarını şərh edən Sergey Lavrov deyib ki, sözü gedən 4 rusiyalı ötən apreldə Holland hakimiyyət orqanları tərəfindən həbs və deportasiya edilənədək Haaqada cari səfərdə olub.

Moskvada oktyabrın 8-dəitaliyalı həmkarı Enzo Moavero Milanesi ilə danışıqlarından sonra keçirilmiş mətbuat konfransında deyib ki, Rusiya ekspertlərinin Haaqaya səfərində heç bir sirr olmayıb:

“Onlar hava limanına enəndə heç kimdən gizlənməyiblər, oteldə yerləşiblər və bizim səfiliyimizə baş çəkiblər. Onları heç bir izahat vermədən həbs ediblər, Hollandiyadakı səfirliyimizlə əlaqəyə gimək imkanı verməyiblər və bundan sonra ölkəni tərk etmələrini tələb ediblər. Bütün bunlar anlaşılmazlığa bənzəyir”.

Bu arada Rusiya XİN Rusiya vətəndaşlarının saxlanaraq deportasiya olunmasına etiraz olaraq Hollandiya səfirinə nota təqdim edib. Hollandiyanın müdafiə rəsmiləri ötən həftə QRU agentlərinin kimyəvi silahlarla mübarizə təşkilatına uğursuz haker müdaxiləsi cəhdinin vaxt axarını və onlaın fotolarını dərc etmişdilər.

Dünya Kimyəvi Silahlarla Mübarizə təşkilatı (OPCW) keçmiş GRU agenti Sergey Skripal və onun qızı Yuliyanı İngiltərədə zəhərləmiş kimyəvi maddəni araşdırır. Moskva Skripallarla bağlı ittihamları da rədd edir. (azadlıq.org)

 




Ana səhifəyə qayıt        Baxış: 353          Tarix: 9-10-2018, 11:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma