ABŞ və Çin gec-tez iqtisadi sahədə fikir ayrılığının öhdəsindən gələ biləcəklər, lakin ticarət müharibəsində ən böyük zərər Birləşmiş Ştatlara dəyəcək.
Trend-in məlumatına görə, bunu “Alibaba” şirkətinin təsisçisi və rəhbəri Cek Ma Kuala-Lumpurda keçirilən iqtisadi konfransda deyib.
O bildirib ki, ticarət müharibəsi nəinki ABŞ və Çinə, eləcə də onlarla bu və ya digər dərəcədə əlaqəsi olan başqa ölkələrə bir çox problemlər gətirəcək:
“Ticarət defisiti onilliklər ərzində formalaşıb və bu problemi bir anda həll etmək mümkün deyil”.
Xatırladaq ki, rəsmi Vaşinqton Çinin Birləşmiş Ştatlara məxsus intellektual mülkiyyət və texnologiyaları oğurladığını, həmçinin Pekinin “ədalətsiz ticarət təcrübəsi”ndən istifadə etdiyini iddia edərək Çin Xalq Respublikasından ABŞ-a idxal olunan mallara 50 milyard dollar dəyərində 25 faizlik rüsumlar tətbiq edib. Bundan dərhal sonra Çin hakimiyyəti cavab olaraq ölkəyə idxal edilən ABŞ mallarına rüsümlar tətbiq edib.
Paylaş: