Xəbər lenti

 

Bu ilin 9 ayı ərzində Əfqanıstandakı döyüşlər və terror hücumları nəticəsində 2798 dinc sakin ölüb, 5252 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı Yardım Missiyasının (UNAMA) illik hesabatında bildirilib. 

Sənəddə vurğulanıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yaralananlar 3 faiz azalsa da, ölənlərin sayı 5 faiz artıb.

Hesabatda dinc sakinlər arasında tələfatın başlıca səbəbləri kimi əldəqayırma partladıcı qurğular və terror aksiyaları (1015 nəfər ölüb - 45 faiz), silahlı toqquşmalar (605 nəfər ölüb - 39 faiz), dinc sakinlərin qəsdən qətlə yetirilməsi (439 nəfər ölüb - 8 faiz) göstərilib.

Bununla yanaşı, hökumət və hökumətyönlü hərbi qüvvələrin hava və axtarış əməliyyatları (8 faiz), partlamamış sursatlar (4 faiz), qarşıdakı seçkilərlə bağlı terror hücumları da dinc əhali arasında xeyli tələfata səbəb olub.




Ana səhifəyə qayıt        Baxış: 586          Tarix: 10-10-2018, 22:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma