Xəbər lenti

Avstriya 2019-2021-ci illər üzrə BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Avstriyanın Xarici İşlər Nazirliyi yayıb. Məlumatda bildirilir ki, BMT Baş Məclisində 193 dövlətdən 171-i Avstriyanın Şuraya üzvlüyünü dəstəkləyib.

Avstriyanın xarici işlər naziri Karin Knayssl ölkəsinə qarşı göstərilən böyük etimada görə təşəkkürünü bildirib və Şuraya üzvlük dövründə insan haqları, xüsusilə qadın hüquqlarının gücləndirilməsi, azlıqların hüquqlarının qorunması, mətbuat və media azadlığının müdafiəsi, ölkədaxili məcburi köçkünlərin hüquqları və həbsxanalarda insan haqları sahəsinə xüsusi diqqət yetiriləcəyini söyləyib.

Qeyd edək ki, il ərzində azı üç dəfə BMT-nin Cenevrə Bölməsində toplantılarını keçirən İnsan Hüquqları Şurası 47 üzvdən ibarətdir.

 




Ana səhifəyə qayıt        Baxış: 658          Tarix: 13-10-2018, 15:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma