Xəbər lenti

Arxeoloqlar Portuqaliya sahillərinin yaxınlığında 400 il bundan əvvəl batmış ticarət gəmisi aşkar ediblər.

AZƏRTAC xəbər verir ki, tarixçilər bu tapıntını “onilliyin kəşfi, Portuqaliya üçün isə tarixdə ən mühüm kəşf” adlandırıblar.

Gəmini Lissabonun yaxınlığındakı Kaşkayş şəhərinin həndəvərində 12 metr dərinlikdə aşkar ediblər.

BBC News agentliyinin verdiyi məlumata görə, batmış gəminin dövrəsində keramik qablar və üzərində Portuqaliyanın gerbi olan toplar səpələnib.

1575-1625-ci illərdə Avropa ilə Hindistan arasında ticarətin çox hissəsinə Portuqaliya nəzarət edirdi. Buna görə də arxeoloqlar hesab edirlər ki, bu gəmi məhz həmin dövrdə Hindistandan qayıdarkən batıb.

 




Ana səhifəyə qayıt        Baxış: 393          Tarix: 20-10-2018, 16:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma