Böyük Britaniya ABŞ-ın xüsusi xidmət orqanları ilə Mançesterdə törədilən terror aktının araşdırmasına dair informasiya mübadiləsini dayandırıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, buna səbəb kimi ABŞ KİV-ində terror aktı ilə bağlı informasiyaların yayılmasıdır.
Böyük Britaniya hökuməti hadisəyə dair məlumatların ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən sızdırılıb: “İnformasiyanın KİV-ə sızdırılmasına Ağ ev deyil, ABŞ-ın xüsusi xidmət orqanları məsuliyyət daşıyır”.
Xatırladaq ki, “The New York Times” qəzetinin 25 may tarixli sayında Mançesterdəki terroru törətməkdə şübhəli bilinən şəxsin fotosunu yayıb.
Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniyanın Baş naziri Tereza Meyin məxfi məlumatların sızması ilə bağlı ABŞ Prezidenti Donald Trampa etirazını bildirmək niyyətində olması haqqında xəbərlər yayılıb.
Mayın 22-də gecə saatlarında "Mançester Arena"da amerikalı pop müğənni Ariana Qrandenin konsert proqramı zamanı partlayış baş verib. Terror nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb. Terror hücumuna görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
Paylaş: