Xəbər lenti

ABŞ iqtisadi sanksiyaları aradan qaldırmasa, Şimali Koreya nüvə arsenalını artırmaq siyasətini bərpa edə bilər.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, KXDR Xarici İşlər Nazirliyi ABŞ-ın sanksiyalar siyasətini dəyişməyəcəyi təqdirdə ölkəsinin eyni vaxtda iqtisadi inkişaf və nüvə silahının istehsalı siyasətinə (“phenin” – “ikili irəliləyiş”) başlayacağını bildirib.

Xatırladaq ki, iki ölkə liderləri Kim Çen In və Donald Tramp arasında bu ilin iyun ayında Sinqapurda tarixdə ilk görüş keçirilib. Onlar Şimali Koreyanın nüvə silahı sınaqlarının dayandırılmasına və bir neçə hərbi obyektin sökülməsinə dair saziş imzalayıblar. Bir müddət əvvəl isə ikinci ABŞ-KXDR sammiti gündəmə gəlib.

Ötən müddətdə koreyalararası danışıqlar və Kim Çen Inın Cənubi Koreya Respublikasının prezidenti Mun Ce-inlə iki görüşü baş tutub. Mun Ce-in KXDR-ə qarşı bəzi birtərəfli sanksiyaları aradan qaldırmağa hazır olduğunu bildirsə də, bu, ABŞ-ın narazılığı ilə qarşılanıb.

 




Ana səhifəyə qayıt        Baxış: 438          Tarix: 3-11-2018, 15:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma