Xəbər lenti

“Ermənistan Rusiyanın lideri olduğu müdafiə qurumuna müvəqqəti rəhbərlik postunu itirə bilər, çünki hazırkı sədr vəzifəsindən geri çağrılıb”. Bu haqda Rusiyanın “Kommersant” qəzeti yazıb.

Qəzet üç ölkədən diplomatik mənbələrə istinadla xəbər verib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi Belarusdan Stanislav Zas ola bilər.

Ötən həftə Ermənistan Yuri Xaçaturovu bu vəzifədən geri çağırıb.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naghdalyan noyabrın 5-də deyib ki, Zasın namizədliyi, yaxud rotasiyalı rəhbərliyin Ermənistanın əlindən çıxması barədə şərh verə bilməz. Zas hazırda Belarusun Təhlükəsizlik Şurasının dövlət katibidir.

Posta yeni namizəd KTMT-nin noyabrın 8-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək sammitində müzakirə olunacaq. Bu quruma Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Xaçaturov 2017-ci ilin mayından həmin vəzifədə idi, noyabrın 2-də uzaqlaşdırılıb. Bu ilin iyulunda Xaçaturova 2008-ci ilin mart seçkisindən sonrakı iğtişaşlar üzrə açılmış cinayət işi çərçivəsində irəli sürülüb. O, ölkənin konstitusion quruluşunu devirmək cəhdində ittiham olunur.

Eyni ittihamlar keçmiş prezident Robert Koçaryana qarşı da irəli sürülüb. O, səkkiz nümayişçinin və iki polis əməkdaşının həlak olduğu etirazların yatırdılmasında silahlı qüvvələrdən istifadəyə əmr verməkdə suçlanır.

66 yaşlı Xaçaturov Gürcüstandan anadan olub. O, 2008-2016-cı illərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub. Etirazlar zamanı isə müdafiə nazirinin müavini idi.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 425          Tarix: 6-11-2018, 11:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma