Rusiya və ABŞ prezidentləri Vladimir Putinilə Donald Tramp arasında Fransa paytaxtında keçirilməli olan tamformatlı görüş baş tutmayacaq.
Bu barədə “Kommersant” qəzeti mənbələrinə istinadən məlumat verib.
Mənbənin məlumatına görə, Yelisey sarayı tərəfindən təşkil olunacaq və Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunacaq tədbirlərin Rusiya-ABŞ sammitinin kölgəsində qalmasını istəməyən Fransa Prezidenti Emmanuel Makron danışıqların aparılmasına qarşı çıxıb.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri noyabrın 11-də Parisə gedəcəklər.
Dünən D.Tramp yüksək səviyyəli görüşün olmayacağını bildirib. Onun sözlərinə görə, V.Putin ilə görüş Argentinada keçiriləcək G20 sammiti çərçivəsində baş tuta bilər.
Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov gərgin qrafikə görə Parisdə ətraflı görüşün olmayacağını, amma ayaqüstü görüşün mütləq keçiriləcəyini vurğulayıb/Report.
Paylaş: