Londonun “Mançester Arena” stadionunda intiharçı hücumunu araşdıran polislər mediaya sızıntılardan sonra ABŞ-la məlumat paylaşımına son qoyublar. BBC-nın aldığı məlumatda qeyd edilir. Belə ki, “New York Times” qəzetində hücum yerindən çəkilən şəkillərin dərc edilməsi Britaniya rəsmilərinin qəzəbinə səbəb olub.
Baş nazir Tereza Mey ABŞ prezidenti Donald Trampla NATO-nun sammiti zamanı “Mançester Arena”da partlayışa dair sübutların ABŞ mediasında görünməsi barədə danışacaq. Böyük Britaniya rəsmiləri hücuma aid dəlilləri “New York Times” qəzetində gördükdən sonra "qəzəblənib".
Bazar ertəsi axşamı Mançester Arenaya edilmiş hücum nəticəsində uşaqlar da daxil olmaqla 22 nəfər ölüb, 64 nəfər yaralanıb. BBC-nin təhlükəsizlik üzrə müxbiri Gordon Corera deyir ki, Böyük Britaniya rəsmiləri hesab edirlər ki, fotoların yayılmasının səbəbkarı ABŞ hüquq-mühafizə orqanlarıdır, nəinki Ağ Ev.
Bu arada isə Britaniya polis intiharçı Salman Abedi ilə əlaqəli olduğu deyilən "şəbəkənin" araşdırılmasına davam edir.Cümə axşamı səhəri Mançesterdə Moss Side deyilən ərazidə axtarış edərkən əməliyyatçılar nəzarətdə altında partlayış həyata keçirib. Reydlər nəticəsində Mançester, Wigan və Nuneaton-da Abedi-nin böyük qardaşı da daxil olmaqla, 6 kişi və bir qadın həbs edilib.Qadın sonra sərbəst buraxılıb. Abedinin atası və başqa bir qardaşı isə Liviyada polis tərəfindən tutulub.
Paylaş: