Ermənistanda 1 mart 2008-ci il hadisələri zamanı ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident Robert Koçaryan hələlik azadlıqda qalacaq.
Bununla belə Kassasiya Məhkəməsi noyabrın 15-də keçirilən iclasında Baş Prokurorluğun Apellyasiya Məhkəməsinin qərarı ilə bağlı vəsatətini qismən təmin edib. Apellyasiya Məhkəməsi keçmiş prezidentin həbsi barədə qərarı ləğv etmişdi, lakin indi bu iş təkrar baxılmaqiş üçün apellyasiya instansiyasına qaytarılıb.
İki saat müddətində qapalı keçirilən iclasda əvvəlcə Robert Koçaryan da iştirak edib. Daha sonra Kassasiya Məhkəməsi qərarını elan edib.
Ermənistan Baş Prokurorluğu Kassasiya Məhkəməsindən Koçaryanın həbsdən azad olunmasına dair Appelyasiya Məhkəməsinin qərarının ləğv olunmasını tələb edir. Beləliklə prokurorluq keçmiş prezidentin yenidən həbs olunması əzmindədir.
İyulun 27-də Yerevanın 1-ci instansiya məhkəməsi Robert Koçaryan barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçmişdi. Lakin avqustun 13 də Apellyasiya Məhkəməsi bu qərarı ləğv edərək keçmiş prezidenti həbsdən azad edib. Qərarda Konstitusiyaya görə prezidentin toxunulmazlığı prinsipi əsas gətirilmişdi.
Üçüncü instansiya məhkəməsinin bugünkü qərarını Kocharian-ın vəkili Ayk Alumian şərh edib. O deyib ki, onun qərar barədə ilk təəssüratı yaxşı deyil və öz şərhini qərarın tam mətni ilə tanış olduqdan sonra verəcək.
Eks-prezident qərarın oxunmasını gözləməyib və hakimlər müşavirədə ikən məhkəmə binasını tərk edib.
Alumian Koçatyan dinləmə zamanı nə dediyi barədə konkret məlumat verməyib:
“O çox spesifik məsələlərdən danışıb. O ittihamın mahiyyəti məsələsinə toxunub və bir neçə arqument gətirib. Buna görə də bu iclaslar bağlı qapılar arxasında keçirilir. Hüquqi məsələləri vəkillər müzakirə edirlər. O isə sözü gedən situasiyada öz hərəkətlərinin bəzi detallarını səsləndirib”.
Kassasiya Məhkəməsi noyabrın 15-də keçirilən iclasində təkcə Baş Prokurorluğun yox, həm də Koçaryanın vəkillərinin şikayətini dinləyib.
Koçaryanın vəkillər komandası Kassasiya Məhkəməsindən onun həbsi əleyhinə daha iki arqumentin mühakinə predmeti olmasını istəyib. Vəkillər bu arqumentləri hələ Apellyasiya Məhkəməsində səsləndirmişdilər. Lakin ikinci instansiya məhkəməsi bu arqumentlərə baxmamışdı. Kassasiya Məhkəməsi də vəkillərin şikayətini rədd edib.
Vəkillərin birinci arqumenti bundan ibarətdir ki, Koçaryan 2008-ci ildə fövqəladə vəziyyət elan etməklə Konstitusiyanı pozubsa, onda bu məsələyə Apellyasiya və ya Kassasiya məhkəmələri yox, Konstitusiya Məhkəməsi baxmalıdır.
Koçaryanın vəkillərinin ikinci arqumenti 2008-ci ildə etirazların dinc olması ilə bağlıdır. Vəkillər bildirirlər ki, həmin dövrdə keçirilmiş bir sıra başqa məhkəmələrin hökmlərində etirazçıların arasında silahlı şəxslərin də olduğu qeyd olunur.
Apellyasiya Məhkəməsinin bu işə nə vaxt baxacağı hələlik bilinmir.
(Azadlıq radiosu)
Paylaş: