
Rusiyada yaşayan Gennadi Koçerga və Sergey Koçerga adlı ata və oğul "LADA (VAZ) 2110" model avtomobildən dünyaca məşhur olan "Transformers" filmindəki robotun bənzərini yaradıblar.
Sözügedən robot-avtomobildə filmdə olduğu kimi silah da yerləşdirilib.
Ata Gennadi Koçerga bildirib ki, sözügedən ideya Sinqapura səfər zamanı yaranıb:
"Sinqapura səfər etmişdim. Həmin vaxtı oradan "Transformers" oyuncağı alıb gətirdim. Daha sonra həmin oyuncağa baxaraq, bunu avtomobil üzərində sınaqdan keçirdim. Oğlum Sergeylə təqribən 6 ay sözügedən robot-avtomobilin üzərində çalışdıq. Hesab edirəm ki, kifayət qədər uğurlu alınıb".
Gennadi Koçerga sözügedən robot-avtomobilə "Optimus Gennadieviç Praimov" adı verdiyini söyləyib:
"Hazırladığımız "Transformers"ə maraq böyükdür, hər kəsin diqqətini çəkir. Yəqin ki, gələcək aylarda 2 avtomobilin də robotunu yaratmaq mümkün olacaq". (publika.az)
Paylaş: