Bu gün Vyanada İranın nüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) çərçivəsində komissiyanın növbəti görüşü keçiriləcək.
APA-nın İSNA agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə İranı Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyid Abbas Arakçı təmsil edəcək.
Görüşdə HBFP-nin həyata keçirilməsinə dair məsələlər müzakirə olunacaq. Görüş Rusiya, Fransa, Böyük Britaniya, Almaniya və İranın iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, 2016-cı ilin yanvarında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı imzalanıb. 2018-ci ilin may ayında ABŞ həmin sazişdən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. 2019-cu il mayın 8-də İran Avropanın İranla ticari əlaqələri davam etdirəcəyi barədə vədlərini yerinə yetirmədiyini bəyan edərək Hərtərəfli Birgə Fəaliyyət Planında əlavə zənginləşdirilmiş uran və istehsal olunmuş ağır suyun satılması ilə bağlı öhdəliyi 60 gün ərzində yerinə yetirməyəcəyini bəyan edib. İran iyulun 7-dən başlayaraq uranın razılaşmada nəzərdə tutulandan yüksək səviyyədə zənginləşdirilməsinə başladığını açıqlayıb.
Paylaş: