İsrail baş naziri Benyamin Netanyahu hərbçilərə İran təhdidinə qarşı bütün zəruri tədbirləri görməyi əmr etdiyini bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, baş nazir təhlükəsizlik güclərinə İran tərəfindən gələ biləcək hər bir sui-qəsdə qarşı hərəkət azadlığı verdiyini söyləyib.
“İran İsraili məhv etməyə and içmiş bir dövlətdir,”-deyə Netanyahu hərbi qulluqçulara belə cümlə ilə səslənib.
Onun sözlərinə görə, hazırda rəsmi Tehran İsrailə hücum etmək məqsədilə Livan, Suriya, İraq və Yəməndə hərbi bazalar yaradır.
İsriallə birlikdə hərəkət edən ABŞ isə İrana məxsus “Adrian Darya” (Grace 1) tankerinin ekipajına yardım edən dövləti ən sərt sanksiyalarla hədələyib. Rəsmi Vaşinqtonun Cəbəllütariq məhkəməsinin qərarı ilə üzərindən həbs götürülmüş gəminin yenidən saxlanılmasını tələb edir.
“Amerikanın səsi” radiosunun məlumatına əsasən, Birləşmiş Ştatlar Aralıq dənizində yerləşən bütün dövlətlərdən tankerin onların sahillərinə yan almasına icazə verməməsini istəyib.
Paylaş: