Xəbər lenti

 

İsrail hərbçiləri İranın ölkələrinə pilotsuz uçuş aparatları ilə hücumunun qarşısını almaq üçün Suriyaya zərbələr endirdiklərini bəyan ediblər.

“Report” “TASS” istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələrinin qırıcıları bu yaxınlarda Suriyanın Akraba kəndində “bir sıra terrorçu hədəfləri”nə hücum ediblər. Son günlərdə Suriyadan İsrail ərazilərindəki hədəflərə hücum planlaşdıran “Əl-Kuds” birləşmələrinin və şiə dəstələrinin obyektləri məhv edilib.

Qarşısı alınan hücumun planı silahlara təchiz edilmiş pilotsuz uçuş aparatılarını İsrail hədəflərinə qarşı istifadə idi”, - deyə hərbçilərin açıqlamasında bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 388          Tarix: 25-08-2019, 08:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma