Xəbər lenti

 

Böyük yeddilik (G7) ölkələrinin liderləri Fransanın Biarrits şəhərində keçirilən sammitdə Rusiyanı qaytarmaqla “G8” formatını bərpa etmək məsələsini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

“Liderlər Rusiyanı qaytarmaqla “G8” formatını müzakirə ediblər. Bu barədə Yaponiya hökumətinin nümayəndəsi məlumat verib. Danışıqların təfərrüatları isə açıqlanmayacaq”.

Bundan əvvəl, ABŞ prezidenti Donald Tramp yenidən Rusiyanın G8-ə (Böyük səkkizlik -red) qayıtması təklifi ilə çıxış edib.




Ana səhifəyə qayıt        Baxış: 271          Tarix: 25-08-2019, 09:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma