Xəbər lenti

Filippin prezidenti Rodriqo Dutertenin qalmaqallı açıqlamaları davam edir.

Asiya ölkəsinin dövlət başçısı bir müddət əvvəl narkomanlara qarşı amansız davranmaqla bağlı təklifini bildirmişdi. Duterte bu dəfə xalqa korrupsioner məmurlara güllə atmağa icazə verib.

“Manila Bulletin” qəzeti Filippin prezidentinin açıqlamasını yayıb. Dövlət başçısı deyib: “Vergi, rüsum ödəyəndə, arayış alanda məmur sizdən rüşvət istəyirsə, vurun onu. Üstünüzdə silah varsa, lap güllə ilə vurun”.

Duterte məsləhət görüb ki, camaat məmurları öldürməsin. Prezident korrupsiner məmuru öldürəni böyük cəza gözləmədiyini də bildirib.

Prezident avqustda açıqlamasında narkobaronların başını kəsməyə hazır olduğunu demişdi. İyunda Duterte əvvəllər homoseksual olduğunu etiraf etmişdi. Keçən il Cənubi Koreyada evli qadının dodağından öpmüşdü. 2018-ci ilin fevralında isə əsgərlərə etirazçı qadınların cinsiyyət üzvünü nişan almağı tapşırmışdı. \\Bizimyol.info 




Ana səhifəyə qayıt        Baxış: 264          Tarix: 13-09-2019, 20:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma