Xəbər lenti

 

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, onun ölkəsi  bəzi dövlətlərin tələblərini, o cümlədən sifarişli araşdırmalar aparmaq göstərişlərini yerinə yetirməyəcək.

Bu barədə "Report" UNİAN-a istinadən xəbər verir.

Dövlət başçısı qeyd edib ki, ölkənin hüquq-mühafizə orqanları qanun pozuntularını araşdırmağa hazırdır, amma bu, xaricdən olunan xahişlərlə əlaqədar edilməyəcək.

"Bizə əmr etmək olmaz. Biz müstəqil ölkəyik", - deyə Zelenski bildirib. Dövlət başçısı vurğulayıb ki, Ukrayna hakimiyyəti öz ölkəsinə xidmət etmək üçün hər şeyi edir.

Zelenski belə bəyanatla ABŞ-da demokratların guya Donald Trampın Ukrayna prezidentinə təzyiq göstərməsi ittihamları ilə bağlı yaranmış qalmaqal fonunda çıxış edib. Demokrat Partiyası iddia edir ki, guya Tramp Zelenskiyə 2020-ci ilin prezident seçkilərində onun əsas rəqibi, keçmiş vitse-prezident Co Baydenə qarşı araşdırmanı yeniləməyi xahiş edib. 




Ana səhifəyə qayıt        Baxış: 387          Tarix: 1-10-2019, 09:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma