“Hazırda mənə qarşı başladılan impiçment prosedurunun bir qiyam olduğunu düşünürəm”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Amerika başçısı onu devirməyə cəhd etdiklərini bildirib:
“Bu məsələ haqda hər gün daha çox şey öyrəndikcə, hazırda baş verənlərin bir impiçment prosedura deyil, çevriliş cəhdi olduğunu düşünürəm. Bu çevriliş cəhdi xalqın azadlığını, konstitusion haqlarını, hərbi gücünü və vətəndaşlıq haqlarını yox etmək niyyəti güdür”.
Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında baş tutmuş telefon görüşündə Amerika başçısının ukraynalı həmkarına təzyiq etdiyi iddia olunmuşdu.
ABŞ Konqresinin Kəşfiyyat Komitəsinin iddiasına görə, telefon görüşündə Tramp Zelenskidən sabiq vitse-prezident Co Baydenin Ukraynada biznes sahibi olan oğluna təzyiq etməsini tələb edib. Bu iddia ABŞ prezidentinə qarşı impiçment porsedurunun başlamasına imkan yaradıb.
Paylaş: