Xəbər lenti

 

ABŞ Hərbi Hava Qüvvələri komandanının müavini, general-leytenant Stepan Vilson Adanada yerləşən İncirlik hərbi hissəsinə gəlib.

Teleqraf.com xəbər verir ki, amerikalı general ABŞ Hava Qüvvələrinin 39-cu bazasında araşdırmalar aparıb.

Hərbi bazanın rəsmi internet səhifəsində bildirilib ki, general Vilsonu Türkiyə və ABŞ hərbçiləri qarşılayıb. İki günlük səfər çərçivəsində general Vilson hərbi hissədə vəziyyətlə tanış olacaq, personalın durumu, hazırlıq və sağlamlıq mövzusularında hesabatlar tələb edəcək.




Ana səhifəyə qayıt        Baxış: 395          Tarix: 2-10-2019, 17:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma