Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinin başçısı Sərdar Məsud Xandan qorxuducu bir bəyanat gəlib.
O, iki ölkə arasında kiçik miqyaslı münaqişənin genişmiqyaslı nüvə müharibəsinə keçə biləcəyi barədə xəbərdarlıq edib.
Xan nüvə müharibəsinin baş verəcəyi halda, yüz milyonlarla insanın öləcəyini söyləyib: "Hindistan və Pakistan arasında bir müharibə başlasa, sürətli və ölümcül olacaq. Cənubi Asiyada yüz milyonlarla insan öləcək, 2,5 milyard insan radiasiyanın təsirinə məruz qalacaq. Bir qiyamət baş verəcək”.
Pakistanın BMT-dəki keçmiş nümayəndəsi olan Xan ölkəsinin müharibə istəmədiyini bildirib və beynəlxalq ictimaiyyəti Hindistana təzyiq göstərməyə çağırıb.
Daha əvvəl Qətərin “Əl-Cəzirə” telekanalına danışan Pakistanın Baş naziri İmran Xan Hindistana qarşı nüvə gücündən istifadə ehtimalının olduğunu bir daha təkrarlamışdı.
Xatırladaq ki, avqustun 5-də Hindistanın Cammu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv etməsindən sonra İslamabad və Nyu-Dehli arasında gərginlik artıb. Hindistan parlamenti öz Konstitusiyasında 370-ci maddənin ləğvini təsdiqləyib. Həmin maddə ştata xüsusi status verirdi.
Qeyd edək ki, Pakistan və Hindistan nüvə silahlarına sahibdir. “Business Insider” dərgisinə görə, Pakistan 140, Hindistanın isə 130 nüvə bombasının olduğu ehtimsal edilir. Bu səbəbdən dünya ictimaiyyəti gərginliyin nüvə silahının tətbiqiylə genimiqyaslı müharibəyə gətirib çıxaracağı ehtimalından narahatdır.//publika
Paylaş: