ABŞ Şimali Koreyanın nüvə silahlanması proqramını tamamilə aradan qaldırmaq məqsədilə bölgəni qurudan işğal edəcək.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.
ABŞ-ın Baş qərargah rəisinin köməkçisi Maykl Dumont Demokrat Partiyasının üzvü Ted Lieunun Şimali Koreya ilə bağlı sualını məktub vasitəsilə cavablandırıb. O, Şimali Koreya ilə bağlı planları da məhz bu məktubda açıqlayıb.
Bununla yanaşı, məktubda Şimali Koreyanın qurudan işğalı zamanı qarşı tərəfin nüvə silahları ilə qarşılıq verə biləcəyi ehtimalının da olduğu bildirilib.
ABŞ Təmsilçilər Məclisinin demokrat üzvü Ted Lieu isə Trampın provokativ mesajlarının demokratik həll yollarını bağladığını və Amerikanı təhlükə altına atdığını bildirib: “Pentaqonun dəyərləndirməsi uzun zamandır bildiyimiz bir şeyin altını qaralayır: Şimali Koreyada yaxşı niyyətli bir hərbi seçim yoxdur. Müharibə olarsa, milyonlarla insan hələ qarşıdurmaların ilk günlərində öləcək”.
Məktub ABŞ Prezidenti Donald Trampın Asiyaya səfəri əsnasında yayımlanıb. Prezident daha öncə də verdiyi açıqlamalarda ABŞ-ın Şimali Koreya təhdidlərindən və hücumlarından qorunmaq üçün bölgəni yox etməkdən başqa çarəsinin olmadığını bildirmişdi.
Paylaş: