Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya kulubundakı çıxışında bir çox mətləbə toxundu, beynəlxalq mövzulardan danışdı, hər zaman səsləndirdiyi narahatlıqlarını təkrarladı. Ancaq onun çıxışının mənim üçün ən yadda qalan hissəsi Rusiyanın 1990-cı illərdə sürükləndiyi ağır durumla bağlı idi. Putin faktiki etiraf etdi ki, 1990-cı illərin sonunda Çeçenistanda və Dağıstanda baş qaldıran beynəlxalq terrorçuları neytrallaşdırmasaydı Rusiya dağılacaqadı.
Siyasi ekspert Elxan Şahinoğlunun sözlərinə görə, yuxarıda qeyd olunan fikirləri dilə gətirməklə Putin həqiqəti söyləyib: " Rusiya birinci Çeçenistan müharibəsindən məğlub çıxdı və təxminən 3 il Çeçenistan müstəqil idi, Moskvaya heç bir tabeçiliyi yox idi. Rusiyanın keçmiş prezidenti Boris Yeltsini həm xəstəliyi taqətdən salmış, həm də ölkənin idarəçiliyində ciddi boşluqlar var idi, mərkəzdənqaçma meylləri güclənirdi. Yeltsinin Putini əvvəlcə baş nazir, bir az sonra isə yerinə təyin təyin etməsiylə vəziyyət dəyişdi.
Bir qrup çeçen savaşçının 1999-cı ildə Dağıstana hücuma keçməsi Putini hərəkətə keçirdi. Buna qədər elə bir populyarlığı olmayan Putinin ulduzu parladı. O ordunu səfərbər edərək çeçenlərə qarşı müharibəyə başladı və böyük qurbanlar hesabına Çeçenistanı ram etdi. Həmin illərdə neftin qiymətinin qalxması da Putinin işinə yaradı, maaşlar və pensiyalar qaldırıldı, müxtəlif iqtisadi layihələr reallaşdırıldı. Beləliklə, Putinin reytinqi artdı və o 20 ildir hakimiyyətini qoruyur. Ancaq illər keçir və reytinqi tədricən aşağı düşür, “Krım bizimdir” təbliğatının da təsir gücü azalıb".\\Teleqraf.com
Paylaş: