Xəbər lenti
21-01-2025, 19:46

 

Türkiyənin Hakkari vilayətinin Yüksekova və Çukurca rayonlarında planlaşdırılan terror əməliyyatlarının qarşısının alınması məqsədilə keçirilən əməliyyatlar nəticəsində 14 şübhəli şəxs saxlanılıb.

Bu barədə Hakkari Valiliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, əməliyyatlar nəticəsində təşkilata aid tapança, ov tüfəngi, müxtəlif çaplı 277 patron, terrorun təbliği üçün hazırlanmış çoxlu sayda broşür və qadağan olunmuş kitablar ələ keçirilib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən PKK və digər terror təşkilatlarının fəaliyyətlərinin üzə çıxarılması istiqamətində təhqiqat aparılır. \\Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 272          Tarix: 7-10-2019, 22:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma