Xəbər lenti

 Bu, rusların bəyəndiyi Vladimir Putin idi.

Axar.az xəbər verir ki, bu sözləri Kreml rəhbərindən müsahibə götürən NBS telekanalının aparıcısı Meqan Kelli deyib.

O bildirib ki, Putin şəxsi söhbət zamanı və kamera qarşısında fərqli davranırdı:

“Çəkilişdən öncə Putin olduqca səmimi idi. O özünü rahat aparırdı. Ailəm haqqında soruşdu. Həmçinin öz ailəsi barədə danışdı.

Lakin kadrlarda hamımızın tanıdığı Rusiya prezidenti olur. O, gərgin vəziyyət alır, güzəştə getmir, özünü iddialı və emosional aparırdı. Əksər hallarda, hücuma keçirdi. O, rusların bəyəndiyi Vladimir Putin idi”.




Ana səhifəyə qayıt        Baxış: 690          Tarix: 4-06-2017, 23:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma