Xəbər lenti

 

Təl Abyad və Rəsulayn bölgəsindəki kilsələrə silahlı hücum edərək xristianları hədəfə gətirmək istəyən Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyəyə qarşı təxribatçı plan baş tutmadıqdan sonra yeni həmlə edib.

Teleqraf.com xəbər verir ki, SDQ bu dəfə Haseke vilayətində yaşayan süryaniləri silahlı qarşıdurmanın ön xəttinə çəkib.

Təşkilatdan verilən açıqlamada süryanilərin Əl Hala bölgəsində yerləşdirildiyi bildirilib. Habelə digər xristian qrupların da ön xəttə çəkildiyi qeyd edilib. Türk ordusu bölgədə anti-terror əməliyyatlarına başladıqdan sonra süryanilərin bir hissəsi SDQ-dən ayrılmışdı.

Aprel ayında Təl Temrdə ermənilər tərəfindən qurulan Nübar Ozanyan Taboru terror təşkilatı da SDQ-nin yeni planına daxil edilib. Erməni təşkilatı Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun əməliyyat bölgəsinin ön xəttinə dislokasiya olunub. Həmin taborun əvvəlcə Rəsulaynda yerləşdirildiyi, lakin ABŞ və Türkiyənin anlaşmasından sonra Təl Temrə geri çəkildiyi bildirilib.

ABŞ-ın CBN telekanalının yaydığı xəbərdə Türkiyə və ASO-nun Suriyada etnik xristianları hədəf aldığı dezinformasiyanı yayımlayıb. Məlumatda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə hədəf göstərilib:

“Ərdoğanın hücumları səbəbindən Suriyanın şimalındakı 150 min xristian köç təhlükəsi qarşısında qalıb”.

ABŞ-ın “National Review” hərbi-texniki jurnalı da Türkiyəni hədəf alıb. Mənbə Türkiyənin ABŞ və Rusiya ilə anlaşmasına baxmayaraq, xristian kəndlərini hədəf aldığı iddia edilib.

Türkiyə Müdafiə Nazirliyi isə əməliyyatlar çərçivəsində Təl Abyad və Rəsulayndakı xristian kilsələrinin zərər görmədiyini açıqlayıb.

Açıqlamada əməliyyatlar başlamazdan əvvəl PKK/YPG terror təşkilatlarının bölgədəki xristian azlıqları hədəf aldığı bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 373          Tarix: 5-11-2019, 11:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma