Xəbər lenti

 

Nikol Paşinyan hakimiyyəti “məxməri inqilab”dan sonra diaspor ermənilərinin kütləvi şəkildə Ermənistana axın edəcəyini, 2050-ci ildə ölkə əhalisinin 5 milyon nəfərə çatacağını təntənəli şəkildə elan etmişdi.

Lakin demoqrafik məlumatlar ölkə əhalisinin nəinki artmadığı, əksinə, azalmasını göstərir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2019-cu il oktyabrın 1-i üçün ölkədə yaşayan daimi əhalinin sayı 2 milyon 957 min 500 nəfər təşkil edir. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 11,7 min nəfər azdır.

Hər gün yüzlərlə insan iş arxasınca Ermənistanı tərk edərək, xaricə üz tutur, ölkə əhalisi süərtlə qocalır. Yerlərdə qalan sakinlər isə ağır-sosial iqtisadi durum səbəbilə 1, maksimum 2 uşaq sahibi olur və bu doğumun kəskin gerilməsinə yol açır.

Maraqlıdır ki, bu fonda Hindistandan ölkəyə təhsil, iş və əyləncə xatirinə gələnlərin sayı sürətlə artır. Belə ki, 2016-cı ildə Ermənisstana 4226 Hindistan vətəndaşı gəlmişdisə, 2017-ci ildə bu rəqəm 11 589, 2018-ci ildə 28 659, 2019-cu ilıin 6 ayında isə 15 mindən çox olub.

Müxalifət mətbuatı Yerevan küçələrində hindistanlıların sayının kəskin artmasından, ermənilərin hindlilərlə əvəzlənməsindən həyəcanla yazır.

Xatırladaq ki, 2019-cu il yanvarın 1-i üçün Ermənistan əhalisi 2 milyon 965 min 100 nəfər təşkil edib. Eyni göstərici 2018-cu il yanvarın 1-də 2 milyon 972 min 700 nəfər təşkil edib.




Ana səhifəyə qayıt        Baxış: 446          Tarix: 7-11-2019, 15:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma