Xəbər lenti

 

Tbilisinin mərkəzindəki Milli Kitabxananın qarşısında keçirilən etiraz aksiyası zamanı altı nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin rəsmiləri cümə günü jurnalistlərə bildiriblər.

“Altı nəfər polisə itaətsizliyə və xırda xuliqanlığa görə tutulub”, – deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Saxlanılanlar arasında Leyboristlər Partiyasının üzvü Laşa Çxartişvili də var.

Bu gün Milli Kitabxananın qarşısında müxalifətçilər və tərəfdarları mitinqə başlayıblar.
Ümumiyyətlə isə Gürcüstanda etirazlar parlamentin seçki sisteminə dəyişikliklər edilməsinə dair konstitusiya dəyişikliklərini qəbul etməməsindən, xüsusən 2020-ci ildə seçkiləri proporsional sistemlə keçirməkdən imtina etməsindən sonra başlayıb. Müxalifət erkən proporsional seçkilərin təyin olunmasından tutmuş yeni seçki modellərinin qəbulunadək müxtəlif tələblər irəli sürür.\\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 299          Tarix: 29-11-2019, 19:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma