Xəbər lenti

 

“ABŞ daha əvvəl Suriyada İŞİD terror qruplaşması tərəfindən zəbt edilən neft-qaz yataqlarını tamamilə nəzarətə götürüb”.

Bunu ABŞ prezidenti Donald Tramp deyib. “Döyüşçülər neft üzərində nəzarəti qoruyub saxlamağa çalışırdılar, ancaq onlar indi tamamilə bizim nəzarətimizdədir. Neft bizimdir və onunla istədiyimizi edə bilərik”, - deyə Tramp qeyd edib.

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamenti Suriyanın şərqindəki neftin amerikalı hərbçilərin nəzarəti altında yerli hökumət tərəfindən emal və istifadə olunduğunu açıqlamışdı. \\Qafqazinfo




Ana səhifəyə qayıt        Baxış: 170          Tarix: 4-12-2019, 23:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma