Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) ayrılaraq partiya yaratmaq istiqamətində səy göstərən keçmiş baş nazir Əhməd Davudoğlu istefa şoku yaşayıb.
Teleqraf.com xəbər verir ki, hələ partiyasını rəsmi elan etmədən Davudoğlunun təşkilatında ilk istefa olub.
Partiyanın qurucuları arasında yer alacağı planlaşdırılan Ehsan Özkəs istefa verdiyini açıqlayıb. Özkəs qərarı barədə Davudoğlunu da məlumatlandırdığını qeyd edib.
“Keçmiş baş nazir cənab Əhməd Davudoğlunun yaratmağa hazırlaşdığı partiyanın qurucuları arasında idim. Lakin ehtiyac duymadığımdan təsisçilər sırasında yer almamaqla bağlı qərarımı şəxsən özünə bildirdim”.
Qeyd edək ki, 24 və 25-ci çağırış İstanbulun deputatı olan Cümhuriyyət Xalq Partiyası üzvü Ehsan Özkəsin təsisçilər sırasında olacağı gözlənilirdi.
Paylaş: