Xəbər lenti

 

Fransa Beynəlxalq Dəmiryolu Şirkəti (SNCF) bir çox qatar səfərlərini ümumi tətil səbəbi ilə təxirə salıb. Lakin buna baxmayaraq, bəzi səfərlər davam edir. Belə səfərlərin birində uşaq dünyaya gəlib.

Məlumata görə, Gare adında gənc qadın Lionda qatara minib. Dəmiryolu işçisi açıqlamasında belə deyib:

“Çətinliklə hərəkət edirdi. Ərazidəki əməkdaşlarımızdan biri qadına qatara minməməyi məsləhət gördü. Lakin qadın minməkdə israr etdi”.

Bir neçə stansiya sonra qadının doğum sancıları başlayıb. O, övladını rahat dünyaya gətirsin deyə, qatar dayandırılıb və vaqon təxliyə edilib. Körpə stansiyaların birində dünyaya göz açıb. Hazırda ananın da, körpənin də vəziyyəti yaxşıdır.

Ənənəyə görə, qatarda doğulan körpələr həyatları boyu pulsuz bilet haqqına sahib olurlar. Bu uşağın da eyni hüquqdan yararlanacağı ehtimal olunur.\\Oxu

 




Ana səhifəyə qayıt        Baxış: 235          Tarix: 12-12-2019, 23:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma